Bakıda tanışını bıçaqlamaqda təqsirli bilinən Abbasqulu Səfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Abbasqulu Səfərov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin fevral ayında 19 yaşlı Sultanov Eldar Rasim oğlunu bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
O, xəstəxanada dindirən zaman polis əməkdaşlarına yalan məlumat verərək, özü özünü bıçaqladığını deyib.
Məlum olub ki, E.Sultanovu Pirşağı qəsəbəsində tanışı A.Səfərov bıçaqlayıb.
Daha sonra A.Səfərov saxlanılıb.