Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Yeni Günəşli qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexindən orada işləyən Bakı şəhər sakini İsmət Hacıyevə məxsus 249 manat oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Səfərov idarə etdiyi “Reno” markalı avtomobildə tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 10-da Yeni Günəşli qəsəbə sakini Yusif Babayevə məxsus mobil telefonu oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov