7 Avqust 2019 11:00
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Sahib Nadirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.

Yaxın günlərdə bu qətl hadisəsi ilə bağlı məhkəmə prosesi başlanacaq.

İttihama görə, Sumqayıt şəhərinin - 1-ci mikrorayon ərazisində Cəlilabad rayon sakini, 24 yaşlı Faiq Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

4-cü polis bölməsinin əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən Sahib Nadirov saxlanılıb.

İstintaq orqanı tərəfindən Sahib Nadirovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər