8 Avqust 2019 17:09
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnar Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Gülnar Mirzəyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilən Gülnar Mirzəyevanın barəsində bir qrup şəxs idarəyə müraciət edib.

Müraciət edən zərərçəkmiş qadınlar bildiriblər ki, Gülnar Mirzəyeva onları aldadaraq, işləmək adı ilə Türkiyənin İstanbul şəhərinə aparıb.

Orada onların ümumvətəndaş paportlarını əlindən alaraq, otellərdə başqa-başqa kişi müştərilərlə pul əvəzində görüşdürüb, pul qazanıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Gülnar Mirzəyeva əvvəllər məhkum olunmayıb, o, həm də subaydır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər