Avqust ayının 20 günündə borclu şəxs qismində axtarışda olan 140 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Teleqraf.com Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən xəbər verir ki, bu müddətdə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 14 nəfər saxlanılıb.