29 Avqust 2019 16:42
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Zülfüqar Xeyirxəbərova qarşı xuliqanlıq etməktdə təqsirləndirilən Seymur Mustafazadə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xəzər rayon Məhkəməsinin qərarı ilə Seymur Mustafazadənin barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, avqustun 25-də saat 10 radələrində Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərovun idarə etdiyi “Mercedes” markalı 99-BC-360 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən heç bir əsaslı səbəb olmadan saxladılaraq mübahisə etməklə ona bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 1993-cü il təvəllüdlü Seymur Mustafazadə olduğu aşkar edilib.

İstintaqla Seymur Mustafazadənin ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Zülfüqar Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Mustafazadə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər