20 Sentyabr 2019 12:10
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Kənan Sultanəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Kənan Sultanəliyev 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib.

O, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Kənan Sultanəliyev sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə Ağakərimov Balasi Ağakıərim oğlunu vurub.

Nəticədə piyada dünyasını dəyişib.

Kənan Sultanəliyevin barəsində Cinayət Məcəlləsinin 263-1.3-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov