Bakıda dələduzluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakinləri İ.Ağayev və E.Axundzadə cari ilin iyul ayında Firdovsi adlı şəxsin aldadaraq onlardan ümumilikdə 34500 manat pul aldığını bildiriblər.
Keçirilmiş əməliyyat tədbirləri ilə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Ələkbərov saxlanılıb.
Onun 2013-cü ilin oktyabr ayında paytaxt sakini olan daha bir qadını aldadaraq 5000 manatını alması da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.