17 Sentyabr 2014 12:45
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Yasamal rayonu Yeni Dairəvi yolda qeydə alınıb. Sumqayıt şəhər sakini Dilavər Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ceyran Rüstəmova ölüb.

Hacı Zeynalov


Müəllif: