18 Sentyabr 2014 13:06
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Salahov tutulub.

Onun evindən 52,56 qram tiryək, 3,79 qram həşiş, habelə həyətindəki yardımçı otaqdan 2 kiloqram 12,4 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: