11 Noyabr 2019 19:28
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 6-da Sabirabad rayonu Əlicanlı kənd sakini bir qadın Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin tövləsindən ümumi dəyəri 1640 manat olan 13 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

DİN Mətbuat xidmətinin Şirvan şəhərində Regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Yolçubəyli kənd sakini Atəş Hüseynov və Əlicanlı kənd sakini Mirkamal Səmidov saxlanılıb.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər.

Oğurladıqları xirdabuynuzlu heyvanlar onlardan maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər