Quba bələdiyyəsinin komissiya üzvü Dəstəbəy Tərlanovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.
Hazırlıq iclasının vaxtı hələki müəyyən olunmayıb.
İstintaq orqanı tərəfindən Dəstəbəy Tərlanovun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham elan edilib.