14 Noyabr 2019 14:30
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Cavid Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ramella Allahverdiyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 27-nə təyin olunub.

İttihama görə, hadisə bu ilin iyunun 17-də Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.

1997-ci il təvəllüdlü Cavid Hüseynov 91 nömrəli binanın arxasında yerləşən boş sahədə dostu, 2001-ci il təvəllüdlü Mehdi Əlizadəni 8 bıçaq zərbəsi vuraraq öldürüb.

Gənclər arasında münaqişəyə səbəb pul borcu üstündə mübahisə olub. Mehdi Əlizadə Cavid Hüseynovdan hadisədən bir neçə gün əvvəl 25 manat borc alıb. Amma borcu ödəməkdən imtina edib.

Mehdinin bu hərəkəti Cavid Hüseynovu özündən çıxarıb və nəticədə qanlı cinayət baş verib.

İstintaq orqanı tərəfindən Cavid Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər