19 Noyabr 2019 14:19
1 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda insan alveri ilə məşğul olmaqda ittiham edilən Ulduzə Zeynallının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 29-na təyin olunub.

İttihama görə, Ulduzə Zeynallı Azərbaycan vətəndaşı olan bir qrup qadını ölkə hüdudlarından kənarda əcnəbilərlə intim əlaqədə olmalarına şərait yaradıb. Bunun müqabilində o, əcnəbi kişlərdən pul alıb.

İstintaq orqanı tərəfindən Ulduzə Zeynallının barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 9 qadın zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər