20 Noyabr 2019 11:12
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsi rəisi olmuş Ruslan Dilanov barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün Ramella Allahverdiyevanın icratına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 4-nə təyin edilib.

İstintaq orqanı tərəfindən Ruslan Dilanovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər