20 Noyabr 2019 11:26
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda qısqanclıq zəminində həmyerlisini bıçaqlamaqda təqsirli bilinən Sabir İsmayıllının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il avqustun 26-da axşam saatlarında Göyçay rayonun Nizami küçəsindəki 83 saylı evin qarşısında 2004-cü il təvəllüdlü Sabir İsmayıllı üzərində gəzdirdiyi bıçaqla həmyerlisi, 2003-cü il təvəllüdlü Nihat Şamilova ağır bədən xəsarətləri yetirib.

Sabir İsmayıllı öz evinin qarşısında yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb.

Böyrək və ciyər nahiyəsindən iki bıçaq xəsarəti alan Nihat Şamilov Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq cərrahi əməliyyat olunub. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Sabir İsmayıllı bir gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub. Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib.

Nihat Şamilov Sabir İsmayıllının qohumu olan qıza söz atıb. Bundan əsəbləşən Sabir İsmayıllı onu söhbətə çağırıb. Görüş zamanı gənclər arasında dava düşüb. Dava cinayətin baş verməsi ilə nəticələnib.

İstintaq orqanı tərəfindən Sabir İsmayıllının barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər