19 Sentyabr 2014 08:52
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samuxda avtomobil ağaca çırpılıb, 1 nəfər yaralanıb.

Teleqraf.com Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gün Samux rayonu ərazisində daha bir qəza qeydə alınıb. Rayonun Alabaşlı kənd sakini 53 yaşlı Elxan Mahmudov idarə etdiyi avtomobillə ağaca çırpılıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan Elxan Mahmudov dərhal Samux Mərkəzi Rayon Xəstəxanasının təcili yardım maşını ilə Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə gətirilib.

Yaralıya dərhal lazımı tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə yaralı xəstəxanaya daxil olarkən ağır formada sərxoş olub.

Travmatoloq Rafael Əsədovun bildirdiyinə görə, xəstə müayinə olunub. Sol dirsək nahiyəsinin sınığı, sol yuxarı ətrafın çox saylı sınığı və sıyrıqları ilə yardım olunub. Ətraf imobilizasiya olunub və hal-hazırda müalicəsi stasionarda davam etdirilir.


Müəllif: