19 Sentyabr 2014 14:30
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Təbriz küçəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Şirvan şəhər sakini Mehin Kazımzadə vurulub. Piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

Piyadaya xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər