Bakıda pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaqda ittiham olunan şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Hilal Həsənova Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi Xəzər rayon Məhkəməsinə göndərilib və hakim Tərlan Əkbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 8-nə təyin olunub.
Qeyd edək ki, pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarətdir.
Bu əməli törədənləri üç ilədək müddətə müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə, iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.