14 Yanvar 2020 13:10
2 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad sakininin evinin zirzəmisində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Göytəpə şəhər sakini Ş.İsmayılovun evinin zirzəmisindən 2 kiloqram 565 qram heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə həmin vaxt orada olan həmyerliləri A.Zeynalovdan və G.Məmmədovdan ümumilikdə 7 qrama yaxın heroin götürülüb.

Bundan başqa, Xətai rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini M.Abdullayev 5 kiloqramdan artıq marixuananı satarkən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər