Bakının Qaradağ rayonunda mağazadan oğurluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sentyabrın 18-də Aydın Dostəliyevə məxsus mağazadan 500 manat və tütün məmulatı oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tural Nəsrullayev, Ağdam rayon sakini İlhamiz İsmayılov və Ağstafa rayon sakini Fərid Rəhimov tutulublar.
Hacı Zeynalov