29 Yanvar 2020 13:01
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Z.Məlikovun silah gəzdirdiyi məlum olub.

O, həbs edilib və ondan “Minta-37” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov