Yanvarın 28-də saat 23 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində yolu keçən kənd sakini F.Abdulkərimov naməlum avtomobillə vurulub.
Teleqraf.com xəbər verir ki, piyada xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Qazax rayon sakini F.Şıxıyev Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.