Oğuzda qardaşı tərəfindən döyülən 52 yaşlı qadın xəstəxanalıq olub.
Teleqraf.com-un məlumatına görə, bugün axşam saatlarında Oğuz rayon Yemişənli kənd sakini 1968-ci il təvəllüdlü Gövhər İbad qızı Mirzəyeva Oğuz rayon Mərkəzi Xəstəxanasına döyülmə xəsarətləri ilə qəbul olunub.
Müayinə zamanı məlum olub ki , 52 yaşlı G.Mirzəyeva ailə münaqişəsi zəminində qardaşı tərəfindən döyülüb. Baş nahiyyəsindən ağır xəsarətlər alan qadın Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.