13 Fevral 2020 13:12
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, İmişli rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 2 kiloqram 735 qram heroin və 835 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov