21 Fevral 2020 14:51
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Mahmudov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 470 qram marixuana götürülüb.

Daha bir əməliyyat Mingəçevir şəhərində keçirilib.

Mingəçevir şəhər polis şöbəsinə müraciət edən şəhər sakini E.Əfəndiyev fevralın 18-də “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil şəhər ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir sakinləri A.Abdullayev, A.Əhmədov və H.Alıyev saxlanılıblar.

Astara rayonunda da əməliyyat keçirilib.

Astara rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Rzayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 1 kiloqram 25 qram tiryək, 40 qramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib.

İsmayıllı rayonunda polis əməliyyat keçirib.

İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qalıncaq kənd sakini Q.Mirzəyevdən müvafiq icazəsi olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov