Bakının Sabunçu rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon ərazisindəki evlərin birindən 700 manat dəyərində televizor və yataq dəsti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məlikov saxlanılıb.
Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Z.Tağıyevin içərisində 500 manat, 100 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Qəmbərov tutulub.