4 Mart 2020 15:47
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində həmyerlisini bıçaqlamaqda ittiham olunan Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Atəş Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Atəş Həsənov Emin Rzayevlə sonuncuya məxsus avtomaqnitafonun geri qaytarılması ilə əlaqədar mübahisə edib.

Atəş Həsənov Emin Rzayevin Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlib. O, Emin Rzayevə tanışlarının yanında valideyinlərinin ünvanına ağır küçə söyüşü söydüyünə görə iradını bildirib.

Bu səbəbdən onların arasında yenidən mübahisə yaranıb. Atəş Həsənov özündə olan bıçaqla Emin Rzayevin qarın nahiyəsindən vurub. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Atəş Həsənovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Atəş Həsənov 3 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Atəş Həsənov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Atəş Həsənovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Atəş Həsənovun şikayəti qismən təmin edilib. Onun cəzası 1 ilə endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər