14 Mart 2020 14:34
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qumarxana təşkil etməkdə ittiham olunan şəxsə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, paytaxtın Binəqədi rayonunda çay evlərindən birində Sarvan Musayevin qumarxana təşkil etməsi aşkarlanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 224-1.1-ci (qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama) maddəsi ilə ittiham elan edilib.

Sarvan Musayevin barəsində olan cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elçin Ağayevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 224-1.1-ci maddəsi ilə ittiham olunan şəxsin əməli məhkəmədə sübuta yetirilsə, həmin şəxsi on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza gözləyir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər