Qohumunu döyərək öldürən Xaçmaz rayon sakini tutulub.
Teleqraf.com Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, sentyabrın 26-da Xaçmaz rayonunun Palçıq-oba kəndində yerləşən “Zümrüd” şadlıq sarayında rayon sakini Saleh Hacıyev münaqişə zəminində qohumu Rüfət Xeyrullayevi döyüb. R.Xeyrullayev hadisə yerində ölüb.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev tutulub.