Hacıqabul rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da şəhər ərazisindəki quşçuluq fermasında işləyən şəhər sakini V.Səmədovanın bank hesabından 256 manatı çıxararaq oğurlamaqda şübhəli bilinən həmyerlisi N.Müzəffərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.