Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 20-də Bakı şəhər sakini olan bir nəfərin 63 000 manat pulunu oğurlamaqda şübhəli bilinən Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Nəcəfov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.