9 Aprel 2020 17:05
4 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qadınları cinsi istismara məruz qoymaqda ittiham olunan Tünzalə Mənəflinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

İttihama görə, Tünzalə Mənəfli bir qrup qadını aldadaraq Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.

Tünzalə Mənəfli İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (insan alveri, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov