Daxili İşlər Nazirliyi sentyabrın 29-da küləyin güclənməsi nəticəsində vətəndaşlara dəymiş ziyanla bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sentyabrın 29-da küləyin əsməsi nəticəsində Nəsimi rayonu H.Əliyev küçəsində Abşeron rayon sakini Mübariz Əhmədova məxsus “Mercedes” markalı avtomobilinin üzərinə binanın üstündən dəmir parçası, Xətai rayonu Naximov küçəsində Bakı şəhər sakini Zakir Məmmədova məxsus “Nissan” markalı avtomobilin üzərinə eyvandan şkaf, M.Hadi küçəsində Məmmədtağı Məmmədova məxsus “Opel” markalı avtomobilin üzərinə ağac düşüb. Xəsarət alan olmayıb, avtomobillərə qismən ziyan dəyib.
Sentyabrın 29-da küləyin əsməsi nəticəsində Nərimanov rayonu Ə.Vahid küçəsində Sumqayıt şəhər sakini Ramin Hacıbalayevə məxsus “Chevrolet” markalı avtomobilin üzərinə ağac düşüb. Xəsarət alan olmayıb, avtomobilə qismən ziyan dəyib.
Hacı Zeynalov