Bakının Sabunçu rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində 11 ədəd radiator, 14 ədəd su diyircəyi (kran) və çilçıraq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Əliyev saxlanılıb.
Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1300 manat dəyərində qızıl-zinət əşyaları və qol saatı oğurlamaqda şübhəli bilinən Quba rayon sakini K.Babayev tutulub.
Oxşar əməliyyat Suraxanı rayonunda da keçirilib.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Axundovun avtomobilindən 75 manat pulu soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar V.Əliyev və S.Mahmudov saxlanılıblar.