Bakının Xətai rayonunda mağaza və çay evində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs R.Əliyevaya məxsus mağazadan 80 manat dəyərində tütün məmulatları oğurlayıb.
Xətai rayon Polis İdarəsinin cinayət axtarış bölməsi, Post Patrul Xidməti və 36-cı polis bölməsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1956-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş F.Axundov tutulub.
Araşdırma zamanı məlum olub ki, həmin şəxs E.Cəfərzadəyə məxsus çay evindən də 500 manat dəyərində televizor oğurlayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.