Bakıda avtomobil oğurluğu edən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Mehdi Mehdiyevə məxsus qaçırılmış “Peugeot” markalı avtomobil M.Hadi küçəsində Türkan Qurbanlı tərəfindən idarə edilərkən saxlanılıb.
Araşdırma zamanı avtomobilin Kürdəmir rayon sakini Arif Məmmədov tərəfindən qaçırılması məlum olub. Arif Məmmədovun avtomobilli Türkan Qurbanlıya 4200 manata sataraq etibarnamə verməsi müəyyən edilib.
Faktla bağlı araşdırma davam edir.
Hacı Zeynalov