Bakının Səbail rayonunda qanunsuz təşkil olunan qumarxana aşkar edilib.
Teleqraf.com-un xəbərinə görə, Bakı şəhər sakini Oqtay Üzeyrovun qanusnzu qumarxana təşkil etməsi barədə polisə məlumat daxil olub.
Polisin keçirdiyi əməliyyat nəticəsində məlumat öz təsdiqini tapıb.
İstintaq orqanı tərəfindən Oqtay Üzeyirovun barəsində Cinayət Məcəlləsinin 244-1.1-ci (qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama) maddəsi ilə ittiham elan edilib.
Onun barəsində toplanan material baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azər Tağıyevin icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.