Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv. m olan 4 otaqlı evin taxta konstruksiyalardan ibarət çardağı 60 kv. m sahədə, arakəsmələri daş və taxta konstruksiyalardan ibarət 2 otağın yanar konstruksiyaları və ev əşyaları 30 kv. m sahədə, 1 otağın tavanı 5 kv. m sahədə yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
İlhamə