Bakının Nərimanov rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Anar Qafarov idarə etdiyi avtomobillə avtoxuliqanlıq edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxin idarə etdiyi avtomobilin sənədi olmadığı üzə çıxıb.
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis şöbəsinə gətirilən şəxsin avtomobilinə baxış keçirilib.
Keçirilən baxış zmanı avtomobildən 0,160 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.