21 May 2020 08:45
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bacı və qardaşını öldürməyə cəhddə təqsirləndirilən 1971-ci il təvəllüdlü İlham Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 3-nə təyin olunub.

İttihama görə, hadisə ötən ilin oktyabrında Xəzər rayonu Binə qəsəbəsində baş verib. İlham Bədəlov münaqişə zamanı burğacla bacısı, 1970-ci il təvəllüdlü Aygün Bədəlovaya hücum edərək ona xəsarətlər yetirib.

Daha sonra o, "KİA" markalı avtomobilinə əyləşərək, maşını qardaşı, 1973-cü il təvəllüdlü Elxan Bədəlovun üzərinə sürüb və ona ağır bədən xəsarəti yetirib.

Saxlanılan zaman İlham Bədəlov bildirib ki, münaqişəyə səbəb xəstə atasına düzgün qayğı göstərilməməsi olub. O, az qala bütün sutkanı işlədiyini, evdə ondan başqa üç bacısı və üç qardaşı olmasına baxmayaraq, atasına baxmadıqları üçün özündən çıxdığını qeyd edib.

İstintaq orqanı tərəfindən İlham Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər