Azərbaycanda qadın alverində ittiham olunan Ənnüfüz Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra hakim heyəti məhkəmə iclaslarının qapalı keçirilməsi barədə qərar qəbul edib. Məhkəmə baxışı iyunun 11-nə təyin olunub.
İstintaq orqanı tərəfindən Ənnüfüz Quliyevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri – iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İstaintaq zamanı məlum olub ki, Ənnüfüz Quliyeva 4 qadını fahişəliyə cəlb edib və müxtəlif ünvanlarda onların kişilərlə pul qarşılığında görüşərək cinsi əlaqədə olmasını təmin edib.
Cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.