12 İyun 2020 10:02
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda qısqanclıq zəminində adam bıçaqlamaqda təqsirli bilinən Həmid Abdinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Rahib Salmanovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən ilin dekabrında Bakı şəhər sakini Həmid Abdinov Xəzər rayonu, Qala qəsəbəsində kirayədə yaşadığı nömrəsiz evin həyətində 1976-cı il təvəllüdlü Əli Ağalarova sol döş qəfəsi və bel nayihəsindən 2 bıçaq zərbəsi endirib.

İlkin dindirmələr zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub.

İstintaq orqanı tərəfindən Həmid Abdinovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər