16 İyun 2020 16:47
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Samux kənd sakini Röyal Kərimov saxlanılıb.

Röyal Kərimovun kənd ərazisindəki əkin sahəsində narkotik tərkibli bitkiləri aqrotexniki qaydalarla yetişdirdiyi müəyyən olunub və oradan 42 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Bundan başqa, Balakən rayon polis şöbəsi əməkdaşlarının Zaqatala dövlət təbiət qoruğunun əməkdaşları ilə birgə “Qaraçay” adlanan ərazidə keçirdikləri tədbirlərlə oradan yabanı halda bitmiş çəkisi 2,1 tondan artıq olan 4154 ədəd çətənə kolu aşkar edilib.

Oxşar əməliyyat Şəmkirdə də keçirilib.

Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən Keçili kəndi ərazisində yabanı halda bitmiş 4600 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Daha bir əməliyyat Beyləqan rayonunda baş tutub.

Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tatalılar kəndi ərazisində yabanı halda bitmiş 1780 ədəd çətənə kolu aşkar edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər