27 İyun 2020 14:47
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan sakini həmyerlilərini şantajla hədələyib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, 2019-cu və 2020-ci illər ərzində Şirvan şəhərinin ərazisində şəhər sakini E.Əmənov barəsində rüsvayedici məlumatları yayacağı adı ilə hədələyib, Şirvan şəhər sakinləri F.H-dan 680 manat, A.Ş-dan 650 manat, V.Ə-dən 200 manat, A.A-dan 390 manat və Bakı şəhər sakini E.Ə-dən 200 manat pul alıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əmənov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə )maddəsi ilə cinayət işi açılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər