30 İyun 2020 13:50
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Balakən rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tülü kəndi ərazisində Mahamalar kənd sakini Q.Mamedov həbs edilib.

Ona məxsus əkin sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 73 ədəd çətənə kolu və 19 kiloqram 190 qram qurudulmamış marixuana aşkarlanıb.

Bundan başqa, Bərdə rayon polis şöbəsi əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Dəmirovdan 8,36 qram marixuana götürülüb.

V.Dəmirovun Zümürxan kəndi ərazisindəki əkin sahəsində gizlətdiyi 500 qram marixuana da aşkarlanıb.

Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təzə Şilyan kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitmiş 117 kiloqram çəkidə 218 ədəd çətənə kolu aşkarlanıb məhv edilib.


Müəllif: Hacı Zeynalov