2 İyul 2020 16:15
1 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini Ə.Cavadov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 465 qram marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov