Lənkəranda çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonu Balıqçılar qəsəbəsinin sakini Mirhəbib Nurullayev saxlanılıb.
M.Nurullayevin yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 40-180 santimetr hündürlüyündə 19 ədəd olmaqla 11 kiloqram 870 qram çəkidə çətənə kolu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.