19 İyul 2020 15:56
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda qızına təcavüz etməkdə ittiham olunan Asif Qsimət oğlu Dünyamalıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, İsmayıllı rayon Məhkəməsində hakim Rəfayel Şirinovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Asif Dünyamalıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin mqüddəti 3 aya qədər uzadılıb.

İttihama görə, Asif Dünyamalıyev bu ilin aprelində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.

Məlum olub ki, Asif Dünyamalıyev aprelin əvvəllərində azyaşlı qızına təcavüz edib. Bundan xəbər tutan azyaşlının anası hüquq-mühafizə orqanlarına məlumat verib.

Bildirilir ki, içkiyə meyilli olan Asif Dünyamalıyev 2018-ci ildə həyat yoldaşından ayrılıb. Dörd uşaq anası evi tərk etsə də, uşaqlar ataları ilə qalıb.

Ailənin iki qızı, iki oğlu olub.

İstintaq orqanı tərəfindən Asif Dünyamalıyevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri- təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İsmayıllı rayon Prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər