Bakının Binəqədi rayonunda yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun M.K.Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 12 yaşlı S.Butayevin vurulması barədə 5-ci polis bölməsinə məlumat daxil olub.
Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.
5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobili idarə edən Bakı şəhər sakini E.Fərzalıyev müəyyən edilərək saxlanılıb.